image-n1karobka_ads
image-123
image-qeza_esasbackend

Yol qəzalarının əsas səbəbi: sürücünün məsuliyyətsizliyi yoxsa maşın nasazlığı?

image-ad_qayo_720x110px

Yol qəzalarının böyük əksəriyyətində əsas səbəb sürücülərin məsuliyyətsiz davranışlarıdır.

Doğru.az xəbər verir ki, statistikalara görə qəzaların 80-90 faizi sürət həddinin aşılması, diqqətsizlik, spirt və ya narkotik təsiri altında avtomobil idarə edilməsi kimi insan amilləri ilə bağlıdır.

Avtomobildə texniki nasazlıq da qəzaya səbəb ola bilər, lakin bu hallar olduqca az rast gəlinir. Əyləc sisteminin sıradan çıxması, təkərin partlaması kimi texniki problemlər riski artırsa da, yol qəzalarının əsas mənbəyi sürücünün diqqətsizliyidir.

Mütəxəssislərin fikrincə, qəzaların qarşısının alınması üçün sürücülərin məsuliyyətli davranması, qaydalara riayət etməsi və avtomobillərin müntəzəm texniki baxışdan keçməsi vacibdir.

İlqam Cəbiyev

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki