image-n1karobka_ads
image-123
image-depositphotos_6177429_l-2015-pic905-895x505-49164backend

Yunanıstan əmindir ki, Aİ Ukraynaya yardım göstərməklə bağlı razılığa gələ biləcək

image-ad_qayo_720x110px

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis hesab edir ki, Avropa Şurası Ukraynaya yardım göstərməkdə Macarıstanın maneələrini dəf edəcək və razılığa gələ biləcək.

O, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda CNN telekanalına müsahibəsində bildirib.

“Mən tam əminəm ki, biz uğur qazanacağıq. Avropa Şurası səviyyəsində belə bir anlayış var ki, bu qərar fevralın 1-də verilməlidir. Mən tam əminəm ki, danışıqlar irəliləyib və biz Macarıstanın maneəsini dəf edib razılığa gələ bilərik”.

O, “Macarıstanın bəzi narahatlıqlarını” aradan qaldırmağın bir yolunun olduğunu söylədi və əlavə etdi ki, Aİ daxilində razılaşmanın əldə edilməsinə dair ümumi anlaşma da var.

Bundan əlavə, Yunanıstanın baş naziri Aİ-ni assosiasiya yeni üzvlərin qoşulmasını istəyərsə, öz iş üsullarına yenidən baxmağa çağırıb.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki