Yunanıstanın şimal-şərqində Yunanıstan silahlı qüvvələrinin və Bolqarıstan, Gürcüstan, Kipr Respublikası, ABŞ və Fransanın quru qoşunlarının iştirakı ilə Olimpiya Əməkdaşlıq 23 hərbi təlimləri keçirilir.
Bu barədə ANA-MPA məlumat yayıb.
Həmçinin qeyd edilir ki, təlimlərdə Albaniya, Ermənistan, Misir, Hindistan, İordaniya, BƏƏ, Rumıniya və Səudiyyə Ərəbistanından da müşahidəçilər iştirak edir.
Yunanıstanın milli müdafiə naziri Nikos Dendias Fransa hərbçilərinin təlimdə iştirakının strateji tərəfdaşlıq razılaşmasının nəticəsi olduğunu bildirib.
“Birləşmiş Ştatlarla imzalanmış ilk müqavilə Aleksandrupoli limanını geosiyasi xəritədə NATO-nun şərq qanadı üçün əsas nəqliyyat qovşağı kimi yerləşdirdi”, – Dendias vurğulayıb.
Mənbə: A Haber

























