image-2000x150px
image-123
image-ads_atlas
image-jlbbtmom9okqb3bp62fofnyxvfia0c30c0x1lgjhbackend

Zaqatalada fındıqçılıq sahəsində istifadə olunan kənd təsərrüfatı texnika və avadanlıqlarının sərgi-satış yarmarkası keçiriləcək

image-728x90px

Hazırda fındıq sahələrində meyvələrin kütləvi yığım prosesinə hazırlıq işləri aparılır. Yığımın vaxtında və itkisiz aparılması üçün istehsalçıların müvafiq texnika və avadanlıqlarına sahib olması ən vacib amillərdən sayılır. Son zamanlar  fındıq istehsalı ilə məşğul olan təsərrüfatlarda fındıqçılıq sahəsində istifadə olunan kənd təsərrüfatı texnika və avadanlıqlarına tələbat günü-gündən artır.

Fermerlərin istək və ehtiyacları nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı texnikaları və avadanlıqlarının sərgi-satış yarmarkasının keçirilməsini qərara alınıb.  Yarmarkanın 7 sentyabr 2021-ci il tarixində Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) həyətində mövcud pandemiya qaydalarına uyğun təşkili nəzərdə tutulur.

Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Zaqatala DAİM-in əməkdaşları, bu sahədə ixtisaslaşan şirkətlər, fermerlər və aqrar sahə üzrə mütəxəssislər iştirak edəcəklər.

Fındıq istehsalı ilə məşğul olan fermerlər yarmarkada mütəlif şirkətlər tərəfindən təklif olunan kənd təsərrüfatı texnika və avadanlıqları ilə bağlı ətraflı məlumat əldə edə bilər, onları maraqlandıran sualları həm mütəxəssislərə, həm də aidiyyatı digər şəxslərə ünvanlaya bilərlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki