image-2000x150px
image-123
image-ads_atlas
image-qad1jz4qbdathrdy7pdjjeccbmbcujd30bqzkvxcbackend

Zaqatalada fındıqçılıqla bağlı kənd təsərrüfatı texnika və avadanlıqlarının sərgi-satış yarmarkası keçirilib – FOTOLAR

image-728x90px

Zaqatala rayonunda fındıqçılıq sahəsində istifadə olunan kənd təsərrüfatı texnika və avadanlıqlarının sərgi-satış yarmarkası keçirilib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərin istək və ehtiyacları nəzərə alınaraq təşkil olunan sərgi-satış yarmarkasının məqsədi fındıq sahələrində meyvələrin kütləvi yığımının vaxtında və itkisiz aparılması üçün istehsalçıları yeni innovativ texnikarla tanış etmək, bu sahədə rəqabət mühitinin formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, yeni innovativ texnologiyaların tətbiqi yolu ilə məhsuldarlığın artırılmasına nail olmaqdır.

Yarmarkada Nazirliyin tabeli qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri, müxtəlif suvarma sistemləri, mineral gübrələr, texnika satışı ilə məşğul olan şirkətlər və fermerlər iştirak ediblər.

Sərgi-satış yarmarkasında fındıqçılıq sahəsinin inkişafı üçün lazım olan bütün texnikalar – müxtəlif ölçülü traktorlar, frezlər, gübrə və dərmansəpən aparatlar, innovativ budaq doğrayan aqreqatlar, qoşqu vasitələri və digər avadanlıqlar nümayiş olunub.

Fermer və sahibkarlar texnika təchizatçılarının yenilikləri ilə tanış olmaq imkanı qazanıblar. Sərgilənən texnikalar öz innovativliyi ilə seçilib. Bu texnikaların ən böyük üstünlüyü çəkilərinin az olması, istismar müddətinin daha uzun olmasıdır. Sərgi-satış yarmarkasında fermerlərə maraqlı olan texnikalar, ehtiyat hissələri, qurğular üçün tələb olunan maye yağlar, qatqılar və digər zəruri avadanlıqların yerindəcə satışı da həyata keçirilib.

Sərgidə həmçinin, yerli, xarici və qarışıq fındıq sortları nümayiş etdirilib. Bundan başqa, tədbirdə “Aqroservis” ASC ilə yanaşı, mineral gübrələrin satışı ilə məşğul olan digər təchizatçı şirkətlər də iştirak edərək, fındıqçılıqda istifadə olunan mineral gübrə və dərmanları sərgiləyiblər. Qeyd edək ki, sərgi zaman gübrə üçün müraciət edən fermerlərin yaşadıqları kənd və qəsəbələrə “Aqroservis” ASC tərəfindən səyyar satış xidmətləri təşkil edilir.

Sərgi-satış yarmarkasında iştirak edən fermerlərə fındıqçılıq sahəsinin inkişafı məqsədilə tətbiq olunan yeniliklər barədə məlumatlar verilib, fermerlərin sualları ətraflı cavablandırlıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki