Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin 2024-cü ilin yanvarında Davosda “ağaları” onu sülh nizamlanması üzrə danışıqlara məcbur edəcək.
RİA Novosti bu barədə siyasətçinin X sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir.
Filipponun sözlərinə görə, Zelenski çətin anlar yaşayır, çünki Davosdakı ağaları onu amansızlıqla öz yerinə qoyurlar. Məhz Davosda, 2024-cü ilin yanvarında keçiriləcək Ümumdünya Forumunun illik toplantısında Zelenski Ukrayna üçün sülh planı üzrə danışıqlar aparmağa məcbur olacaq.
Bundan əvvəl Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot bildirib ki, son günlər ABŞ Ukraynaya arxa çevirib və onun hakimiyyət orqanlarına yardımdan imtina etmək niyyətindədir.
Mənbə: RİA Novosti