Ukrayna prezidenti Vladimir Zelenski Tokioda Ukraynanın bərpası ilə bağlı konfransda əvvəllər planlaşdırılan video çıxışını ləğv edib.
Tədbirin moderatorları bildiriblər ki, Zelenskinin çıxışının əvvəlcə videobağlantı vasitəsilə nümayişi planlaşdırılır. Lakin Ukrayna tərəfi videomüraciətin yayımını ləğv edib. Moderatorlar Kiyevin niyə belə qərar verdiyini izah etməyiblər.
Yaponiya hökumətinin təşkil etdiyi Ukraynanın bərpasına dair konfransda artıq ölkənin baş naziri Fumio Kişida və Ukrayna Nazirlər Kabinetinin rəhbəri Denis Şmıqal çıxış ediblər. Tədbirdə ilk növbədə kənd təsərrüfatı, informasiya texnologiyaları və enerji ilə bağlı 200-ə yaxın Yaponiya və Ukrayna şirkətinin nümayəndələrinin iştirakı gözlənilir.
Mənbə: A Haber