Yenidən namizədliyini irəli sürməyi planlaşdıran ABŞ-ın keçmiş prezidenti Donald Tramp bir-iki günə Ukraynadakı münaqişəni həll edə bilməyəcək.
Bunu Ukrayna prezidenti Vladimir Zelenski Fox News telekanalına açıqlamasında deyib.
“Bunun necə mümkün olduğunu başa düşə bilmirəm. O, mənimlə bu problemi, bu faciəni həll edə bilməyəcək”, – deyə Zelenski bildirib.
Ukrayna prezidenti Trampı Ukraynaya səfər etmək dəvətini təkrarlayıb və əmin olduğunu bildirib ki, bu səfərdən sonra ABŞ-ın keçmiş prezidenti Ukraynadakı münaqişəyə son qoymaq mümkünlüyü ilə bağlı fikrini dəyişəcək. Keçən dəfə Tramp belə bir dəvətə məhəl qoymadı.
Donald Tramp mütəmadi olaraq iddia edir ki, ABŞ prezidenti seçilərsə, bir-iki günə Ukraynadakı münaqişəni bitirmək niyyətindədir. Bu bəyanat Trampın əsas seçki proqramlarından birinə çevrildi.
Mənbə: A Haber