Ukrayna prezidenti Vladimir Zelenski yanvarın 15-dən 19-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) iştirak edə bilər.
Bu barədə “Tages-Anzeiger” qəzeti yazır.
Qəzetin yazdığına görə, Ukrayna rəhbəri Bernə də səfər edə bilər. İsveçrə hakimiyyəti dekabrın ortalarından Zelenskinin səfərini müzakirə edir, lakin onun baş tutacağına hələ də əminlik yoxdur. Nəşr qeyd edir ki, bu, Ukraynadakı vəziyyətdən asılı olacaq. Zelenski video link vasitəsilə forumda iştirak edə bilər.
Dekabrda İsveçrə Federal Xarici İşlər Departamentinin kommunikasiya xidmətinin rəhbəri Nikola Bidot bildirmişdi ki, yanvarın 14-də Davosda Ukraynanın “sülh formulu”na həsr olunmuş milli təhlükəsizlik müşavirlərinin iclası keçirilməlidir. Onu İsveçrə və Ukrayna birgə təşkil edir.
Mənbə: A haber