“Zirə” klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Doğru.az xəbər verir ki, paytaxt təmsilçisi bu dəfə İordaniyanın “Əl-Hüseyin” klubu ilə qarşılaşıb. Görüş “qartallar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Bakı klubunun futbolçusu Brahim Konate vurub.
Bu, “Zirə”nin təlim toplanışı çərçivəsində keçirdiyi 3-cü yoxlama oyunu olub. Komanda bundan əvvəl Bakıda “Qarabağ”a 0:4 hesabı ilə uduzmuş, Türkiyədə isə “Ankara Keçiörengücü”nü 2:1 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda iyulun 17-dək hazırlıqlarını Türkiyədə davam etdirəcək. Bu müddət ərzində “Zirə” daha iki yoxlama görüşü keçirməyi planlaşdırır. Həmin oyunların hər ikisi 16 iyul tarixində baş tutacaq. Rəqiblərin adları isə hələ açıqlanmayıb.