image-2000x150px
image-123
image-ads_atlas
image-t1was6bzs6peioo3muwv33rfshyghtfwxw7hnyjdbackend

2023-cü il üzrə AFAQ layihəsinə 294 fermer cəlb edilib

image-728x90px

Ölkədə kənd təsərrüfatı sahəsində fermer qadınların fəaliyyətlərinin genişləndirilməsi, təsərrüfatlarında gəlirliliyin və məhsuldarlığın artırılması, həmçinin qadınların sahibkar fəaliyyətinin təşviqi məqsədilə icra olunan “AFAQ – Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsi çərçivəsində 2023-cü ildə Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Füzuli, İsmayıllı və Zaqatala rayonlarında 294 fermerə quşçuluq, heyvandarlıq, arıçılıq və biznes istiqamətləri üzrə təlimlər keçirilib.

Təlim kriteriyalarına cavab verən Ağdam rayonu üzrə 12, Füzuli rayonu üzrə 16, Göygöl rayonu üzrə isə 9 qadın olmaqla ümumilikdə 37 fermerə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.

Keçən il ərzində əvvəl dəstək göstərilmiş 7 region olmaqla 61 təsərrüfatın monitorinqi həyata keçirilib. Keçirilmiş monitorinqlərə əsasən dəstək göstərilmiş təsərrüfatlarda aylıq gəlirin artım faizi orta hesabla İmişli, Sabirabad, Masallı, Goranboy, İsmayıllı rayonları üzrə 50%, Ağdam rayonu üzrə 55%, Şamaxı rayonu üzrə isə 35% təşkil edir.

Bugünədək layihə dövründə 286 təsərrüfatın qiymətləndirilməsi aparılıb, 397 fermerə təlimlər keçirilib. Ümumilikdə 20 region üzrə 189 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin layihəsi olan AFAQ “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki