image-ads_qayo_2000x150px
image-123
image-ads_atlas
image-iii1-pic_32ratio_900x600-900x600-35024backend

28 ölkə süni intellektdən təhlükəsiz istifadə haqqında bəyannamə qəbul edib

image-728x90px

Böyük Britaniyada süni intellektin təhlükəsiz istifadəsi üzrə ilk beynəlxalq sammitdə iştirak edən 28 ölkə süni intellektdən təhlükəsiz istifadəyə dair Bletçli bəyannaməsini qəbul edib.

Sənəd Böyük Britaniyanın baş naziri Rişi Sunakın ofisi tərəfindən yayılıb.

“Hamının xeyrinə süni intellekt təhlükəsiz, insan mərkəzli, etibarlı şəkildə dizayn edilməli, inkişaf etdirilməli, tətbiq edilməli və istifadə edilməlidir”, sənəddə qeyd edilir.

Bəyannamədə həmçinin qeyd olunur ki, süni intellekt “gündəlik həyata” uzanan “əhəmiyyətli risk yaradır”.

Sənəddə deyilir: “İnsan hüquqları, ədalətlilik, şəffaflıq, hesabatlılıq, təhlükəsizlik, tənzimləmə, müvafiq insan nəzarəti, etika, məxfilik və məlumatların qorunması nəzərə alınmalıdır”.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki