Avropa İttifaqı ABŞ-ı Avropadakı hərbi kontingentinin sayını azaltmamaq üçün fəal şəkildə inandırmağa çalışır.
Doğru.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Avropa rəsmiləri bağlı qapılar arxasında amerikalı müttəfiqlərini qoşunların geri çəkilməsinin ciddi təhlükəsizlik boşluğu yaradacağı barədə xəbərdar edir və Vaşinqtonu qərarından daşındırmağa çalışırlar.
Məlumata görə, ABŞ tərəfi avropalı partnyorlarına “onları kənarda qoymayacağını” bildirərək vəziyyəti sakitləşdirməyə çalışır.
Xatırladaq ki, bundan əvvəl Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot NATO-nun Rusiyaya qarşı mövqeyini daha da sərtləşdirmək planını “dəlilik” adlandırmışdı. RT-nin baş redaktoru Marqarita Simonyan isə Avropada yaşanan prosesləri “quduzluq əlamətləri” ilə müqayisə etmişdi.
DOĞRU.AZ




























