ABŞ-ın keçmiş prezidenti Donald Trampın hüquqi maneələrə və ittihamlara baxmayaraq, 2024-cü il seçkilərində yenidən ABŞ prezidenti olmaq şansı var.
Bu fikri Bloomberg-in köşə yazarı Noah Feldman nəşrin saytında dərc olunan məqaləsində bildirib.
“Keçmiş prezidentin üç fərqli yurisdiksiyada cinayət ittihamı ilə üzləşdiyi görünməmiş bir il olmasına baxmayaraq, Donald Tramp 2024-cü ildə yenidən seçilə bilər”, – köşə yazarı yazır.
Eyni zamanda, Feldmanın fikrincə, ABŞ-ın məhkəmə sistemi Trampın konstitusiya qaydalarını pozmaq cəhdlərinə qarşı “ən güclü dayaq”dır. Tramp hakimiyyətə gələrsə, məhkəmələr “öz xəttində qalacaq”.
Mənbə: CNN Türk