Amerikanın “Karl Vinson” nüvə təyyarədaşıyan gəmisi zərbə gəmiləri ilə birlikdə Cənubi Koreyanın Busan limanına gəlib.
Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.
Təyyarədaşıyan Carl Vinson, 1st Carrier Strike Group ilə birlikdə indi Busandakı dəniz bazasındadır. Yonhap qeyd edir ki, aviadaşıyıcının gəlişinə bir neçə saat qalmış Pxenyan öz hərbi peykinin buraxılması üçün üçüncü cəhdi həyata keçirməyi planlaşdırdığını açıqlayıb.
Cənubi Koreyanın Dəniz Əməliyyatları Mərkəzinin direktoru Kim Ji-hun agentliyə müsahibəsində bildirib ki, ABŞ donanmasının aviadaşıyıcılarının hücum qrupunun səfəri Seul-Vaşinqton alyansının birgə müdafiə sahəsində güclü mövqeyini və qətiyyətlə cavab vermək əzmini nümayiş etdirir.
Mənbə: CNN türk