ABŞ-ın keçmiş prezidenti Donald Tramp amerikalıların təhlükəsizliyini və rifahını yaxşılaşdırmaq üçün öz siyasət baxışını təqdim etməlidir.
Bunu Respublikaçılar Partiyasından olan amerikalı senator Lindsi Qrem deyib, onun sözlərini Axios portalı sitat gətirir.
“Mən 2024-cü ildən narahatam. Prezident Tramp amerikalıların təhlükəsizliyini və rifahını yaxşılaşdıran bir baxış təqdim edərsə, o, qalib gələcək. Əgər geriyə baxsa, düşünürəm ki, uduzacaq”, – Qrem deyib.
Senator vurğulayıb ki, Tramp öz kampaniyasında diqqətini 2020-ci il seçkilərinə yönəltsə və qələbə iddiasında davam etsə, seçkiləri uduzmaq riski ilə üzləşir.
Mənbə: CNN Türk