image-n1karobka_ads
image-123
image-ap_21014713651587-pic905-895x505-24811backend

ABŞ Yaponiya ilə Ukraynaya hərbi yardımı müzakirə etməyə başlayıb

ABŞ və Yaponiya danışıqlar aparır, danışıqlar zamanı onlar Ukraynaya döyüş sursatı tədarükünün artırılması barədə razılığa gəlmək istəyirlər, həmçinin müdafiə sektorunda əməkdaşlığı müzakirə edirlər.

Bu barədə “Yomiuri” qəzeti mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, tərəflər indi Yaponiyanın baş naziri Fumio Kişida ilə ABŞ prezidenti Co Bayden arasında aprelin 10-da Vaşinqtonda keçiriləcək görüş üçün saziş hazırlamağa çalışırlar.

Qəzet xatırladıb ki, Yaponiya İkinci Dünya Müharibəsində məğlub olduqdan sonra pasifist Konstitusiya qəbul edib və hazırda Ukraynaya silah deyil, maliyyə və humanitar yardım edib. Bununla belə, 2023-cü ilin dekabrında Yaponiya hökuməti xarici lisenziya ilə istehsal olunan silahların mənşə ölkələrinə satışına icazə verəcəyini açıqladı. Hakimiyyət həmçinin Patriot raketlərini yeganə hərbi müttəfiqi olan ABŞ-a ixrac etmək planlarını açıqlayıb.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki