Avropa İttifaqı (Aİ) Ukraynaya 20 milyard avro məbləğində maliyyə yardımı planı B planını nəzərdən keçirir.
Bu barədə Financial Times qəzeti mənbələrə istinadən yazır.
Məqalədə deyilir ki, Macarıstanın baş naziri Viktor Orban növbəti dörd il ərzində Kiyevə 50 milyard avro ayırmağı əngəllədikdən sonra Ukraynaya maliyyə dəstəyinin yeni variantlarının nəzərdən keçirilməsi zəruri olub.
Yeni plan Aİ üzvlərinin icma büdcəsi qarşısında öhdəlikləri öz üzərinə götürməsini nəzərdə tutur ki, bunun sayəsində Avropa Komissiyası (AK) Kiyev üçün 20 milyard avro borc ala biləcək. Materialda deyilir ki, 2020-ci ildə Avropa İttifaqı pandemiya zamanı onlara dəstək olmaq üçün Avropa ölkələrinə 100 milyard avro məbləğində kredit verəndə Aİ oxşar sxemdən istifadə edib.
O qeyd edir ki, maliyyənin yekun məbləği Ukraynanın ehtiyaclarından asılı olacaq.
Mənbə: A Haber