Almaniya NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək məqsədilə Polşaya Eurofighter qırıcıları yerləşdirib.
Doğru.az xəbər verir ki, “Die Welt” qəzetinin məlumatına görə, Bundesver təxminən 150 əsgərdən ibarət bir bölmə ilə birlikdə bir neçə döyüş təyyarəsini Nörvenich aviabazasından Polşanın Malbork hərbi aerodromuna göndərib.
Qeyd olunur ki, Malbork aerodromu Kalininqrad vilayəti ilə sərhəddən cəmi 80 kilometr aralıda yerləşir.
Bundan əvvəl Dövlət Duması Almaniyanın revanşist ideyalara sığınmağa davam etdiyini və NATO-nun Rusiyanı qorxutmağa çalışdığını bildirmişdi.
DOĞRU.AZ




























