“Politico” xəbər verir ki, Almaniyada məktəblilər və tələbələr ölkənin 90 şəhərində məcburi hərbi xidmətin bərpasına etiraz olaraq kütləvi aksiyalar təşkil ediblər.
Doğru.az xəbər verir ki, Berlindəki etiraz aksiyalarında minlərlə iştirakçı gözlənilir. Bəzi etirazçılar vəziyyətin onlara Birinci və İkinci Dünya Müharibələrindən əvvəlki atmosferi xatırlatdığını bildiriblər.
Qeyd olunur ki, Almaniya hərbi xidmətin yeni modelini tətbiq edir və bu modelə püşkatma yolu ilə hərbi xidmətə çağırış da daxildir.
DOĞRU.AZ




























