image-n1karobka_ads
image-123
image-691ae5d7ae5ac96bfb3d354d-1backend

Almaniyanın hərbi planları fundamental razılaşmaları pozur – rusiyalı politoloq

image-ad_qayo_720x110px

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti, politoloq Aleksandr Kamkin RT-yə bildirib ki, Almaniya hökuməti militarizasiya naminə ölkənin mövcudluğunu tənzimləyən fundamental razılaşmaları pozmağa hazırdır.

Doğru.az xəbər verir ki, Kamkin Almaniyanın müdafiə naziri Boris Pistoriusun 2029-cu ilin sonunadək NATO ilə Rusiya arasında müharibə başlaya biləcəyi açıqlamasını belə şərh edib.

Ekspertin sözlərinə görə, bu, həm Rusiyaya qarşı güclü, konsolidasiya edilmiş hərbi və siyasi təzyiqi göstərir, həm də Baltikyanı ölkələr və bəzi Skandinaviya ölkələrinin açıq təxribat xarakterli hərəkətlərini ortaya qoyur. Kamkin Almaniyada vəziyyətin “daha dramatik” olduğunu vurğulayıb, çünki kansler Fridrix Merzin Bundesverin sayını 460 min hərbçiyə çatdırmaq planları “İki üstəgəl dörd” müqaviləsinin müddəalarına ziddir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki