Sibir Nəqliyyat Polisinin məlumatına görə, Altay diyarında yük qatarının avtomobillə toqquşması nəticəsində iki nəfər ölüb. Hadisə Luqovskoye stansiyası yaxınlığındakı dəmiryol keçidində baş verib. İdarənin Telegram-kanalında bildirilib: “Maşında olan 74 yaşlı sürücü və 72 yaşlı sərnişin aldığı xəsarətlərdən ölüblər.” Qəzanın səbəblərini müəyyən etmək üçün hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.
Doğru.az xəbər verir ki, bundan əvvəl Moskva yaxınlığındakı Mıtışidə yük maşınının iki avtomobilə çırpılması nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Həmçinin Zabaykalsk diyarında mikroavtobusla yük maşınının toqquşması nəticəsində üçü azyaşlı olmaqla beş nəfər həlak olub. Daha iki yaralı xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı cinayət işi açılıb.
DOĞRU.AZ




























