Türkiyənin Antalya vilayətində, Candır rayonunda plastik qutu və qablaşdırma istehsal edən zavod yanıb.
Bu barədə IHA portalı məlumat yayıb.
Qeyd olunur ki, tüstü Antalyanın mərkəzindən 30 km aralıda görünür. Yanğın yerli vaxtla saat 11:00 radələrində baş verib, hazırda yanğının səbəbi məlum deyil. Hadisə şahidlərinin tüstülənməni bildirməsindən sonra hadisə yerinə çoxlu yanğınsöndürən və təcili yardım briqadaları göndərilib. Aydın olur ki, bir saatdan sonra yanğınsöndürənlər alovun genişlənməsini nəzarət altına ala biliblər. Zavodun yaxınlığında yanacaqdoldurma məntəqəsi var idi.
Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə: A Haber