image-2000x150px
image-123
image-ads_atlas
image-17121450762155027122_1200x630backend

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Göygöldə vətəndaşlarla görüşəcək

image-728x90px

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev aprelin 9-da, saat 10:00-da Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşların müraciətlərini dinləyəcək.

Kənd Təsərrüfatı Nazirliyindən Doğru.az-a bildirilib ki, görüş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-436-93-44) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki