image-n1karobka_ads
image-123
image-gf8enxfjtxd5cz25ge4gz6kjrav8phdh5iou1ababackend

Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi dövlət qeydiyyatına alınıb

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə, eləcə də dövlət reysterindən çıxarış təqdim olunub.

Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi dövlət qeydiyyatından keçməklə sahə işçilərini təmsil etmək hüququ qazanır, təşkilati-hüquqi formasından asılı olmayaraq aqrar sahədə dövlət və ya özəl müəssisələrdə fəaliyyət göstərən həmkarlar təşkilatlarını özündə birləşdirir.

Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirən Respublika Həmkarlar İttifaqı Birliyidir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki