image-2000x150px
image-123
image-ads_atlas
Aqrar Sığorta Fondu Şəki və Qaxda fermerlərlə görüşlər keçirib – FOTOLARbackend

Aqrar Sığorta Fondu Şəki və Qaxda fermerlərlə görüşlər keçirib – FOTOLAR

image-728x90px

Aqrar Sığorta Fondu Şəki və Qaxda fermerlərlə görüşlər keçirib
Azərbaycanda yeni tətbiq edilən aqrar sığorta mexanizminin təbliği, eləcə də, bölgə fermerlərini bu yenilik barədə məlumatlandırmaq məqsədilə Aqrar Sığorta Fondunun rəhbərliyi regionlarda fermer və iş adamları ilə görüşlər keçirib.

Doğru.az xəbər verir ki, Şəki və Qax rayonlarında yerli icra hakimiyyətləri və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaxından dəstəyi ilə keçirilən görüşlərdə fermerlərə aqrar sığorta mexanizmi, aqrar sığortanın əhatə etdiyi bitki və məhsullar, eləcə də fermerləri hansı risklərdən qoruyacağı barədə ətraflı məlumat verilib.

Bildirilib ki, aqrar sığorta mexanizminin 2020-ci ilin noyabr ayından tətbiqinə başlanılıb. Hazırda aqrar sığorta vasitəsilə südlük inək və camışları (1-7 yaş), 14 növ bitki növünü (bağda, arpa, qarğıdalı, kartof, çəltik, üzüm, limon, naringi, portağal, fındıq, şəkər çuğunduru, tütün, pambıq) eləcə də balıqları sığortalamaq mümkündür.
Fermerlərə dəstək olaraq hesablanmış sığorta haqlarının 50%-i dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə öz təsərrüfatlarını ən vacib risklərdən qoruya bilirlər.

Fondun rəhbərliyi və nümayəndələri bu məhsulların, xüsusilə də Şəki və Qax bölgəsi üçün xüsusilə əhəmiyətli olan fındıq və tütün bitkilərinin sığortalanması şərtləri və qaydaları, sığorta haqları barədə ətraflı məlumat verib, fermerlərin çoxsaylı suallarını cavablandırıblar.

Fermerlər mal-qaranın, buğda və qarğıdalı əkinlərinin, tütün məhsullarının, fındıq bağlarının sığortalanmasının qaydaları, əhatə etdiyi risklərlə maraqlanıblar. Bəzi iş adamları fəaliyyətləri zamanı təbiət hadisələri və digər hallar nəticəsində zərərlə üzləşdikləri halları xatırladıb, aqrar sığorta ilə bağlı təkliflərini səsləndiriblər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki