image-ads_qayo_2000x150px
image-123
image-ads_atlas
image-17078175295277738447_1200x630backend

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şəkidə vətəndaşlarla görüşəcək

image-728x90px

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov fevralın 21-də, saat 10:00-da Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşlarla görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyindən  Doğru.az-a bildirilib ki, qəbul zamanı vətəndaşların Aqrar Sığorta Fondunun səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin (1652) və Aqrar Sığorta Fondunun (1651) “Çağrı Mərkəzləri”nə, eyni zamanda, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-212-85-21) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki