image-2000x150px
image-123
image-ads_atlas
image-p3uvplbmcney22lp72qvu570wrzhaq4geovajc39backend

Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov Lənkəranda vətəndaşları qəbul edib – FOTO

image-728x90px

Dekabrın 21-də Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov Lənkəran şəhərində vətəndaş qəbulu keçirib.

Qəbulda Lənkəran və Beyləqan rayonlarının vətəndaşları, fermerlər və təsərrüfatların nümayəndələri iştirak edib.

Vətəndaş qəbulu zamanı baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, çəltik sahələri və meyvə bağlarının sığortalanması, aqrar sığorta haqlarının hesablanması və ödənişi, əkin subsidiyaların ödənilməsi ilə bağlı vətəndaşların müraciətləri dinlənilib.

Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbul zamanı bildirilib ki, aqrar sığorta dövlət tərəfindən arqar sahədə çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir.

Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.

Fermerlərə bildirilib ki, payızlıq əkin sahələrinin sığortalanması üzrə fermerlər üçün nəzərdə tutulan müddət uzadılıb. Belə ki, Aqrar Sığorta Fondu elan edir ki, əkin sahələrinin sığortası ilə bağlı müraciətlərin emalı müddəti 15 yanvar 2024-cü il tarixinədək davam edəcək. Əkin sahələrini bəyan edən fermerlərə həmin müddətə qədər sığorta ilə bağlı SMS bildirişlərinin göndərilməsi təmin ediləcək və onlar öz əkinlərini bu tarixə qədər sığorta edə biləcəklər.

Fond bildirir ki, 2024-cü il 15 yanvar tarixinədək göndərilən SMS-lər üzrə 5 iş günü ərzində ödənişlərin edilməsi mümkün olacaq.

DOĞRU.AZ

image-8pcdlppqy8gw2sgl7jklzphvfoxaob8jmd2bpoj2

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki