image-2000x150px
image-123
image-ads_atlas
image-r70leviisr1ws7xwl2ewo1eflqyqxt8eghfn1qovbackend

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Füzuli rayonunda vətəndaşları qəbul edib – FOTO

image-728x90px

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev yanvarın 9-da Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Füzuli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, subsidiyanın verilməsi, subartezian quyusunun qazılması və digər məsələlərlə bağlı olub. AXA sədri Sərdar Hacıyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi üzrə müvafiq izahatlar verilib, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

DOĞRU.AZ

image-dhituxfclghcfrnn98eudpfrqrtfxc5xe2e1xhcf image-r5sti9rde1velktxsm4touckkquoot1zybahxzcj image-fhm00mwjfayysehetth7oohr14b1wuxkbdr10lop

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki