image-2000x150px
image-123
image-ads_atlas
image-kn1ofnjsdl2cve9l5s7jqjpaaloxmmggg0ccejaebackend

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Qəbələdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib – FOTO

image-728x90px

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qəbələ, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, əkin subsidiyasının ödənilməsi, yeni taxılyığan kombaynın alınmasına köməklik göstərilməsi, toxumçuluğun inkişafı ilə bağlı təklif və digər məsələlərlə bağlı olub. AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra yerli təsərrüfatlara baxış keçirilib. Agentlik sədri Qəbələ şəhəri ətrafında yerləşən fermer Şahin Mustafayevə məxsus toxumluq əkin sahələrinə baş çəkib, mövsümi aqrotexniki qulluq tədbirləri, eləcə də əkilmiş müxtəlif taxıl sortları ilə maraqlanıb, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli həyata keçirilməsi üçün AXA-nın göstərdiyi xidmətlər barədə məlumat verib.

Sonra Sərdar Hacıyev Qəbələ rayonunun Ovcullu kəndində yerləşən Qəbələ Aqropark MMC-yə məxsus olan iribuynuzlu heyvandarlıq təsərrüfatında olub, heyvanlarda aparılan profilaktik peyvəndlənmə tədbirləri, saxlanma və bəslənmə şəraiti, göstərilən baytarlıq xidmətinin keyfiyyəti ilə maraqlanıb.

DOĞRU.AZ

image-s8urj9ikogv55v43iqxetkpvyobrq2hl0v3aeltc image-uhtewaljxtymj4orcghv2p3yn7l9nkquh6qaeieg image-avopx8mpjvqjdjihzubunkvr7ghxdv0immgsaqtf

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki