image-2000x150px
image-123
image-ads_atlas
image-171171510187213692_1200x630backend

“Aqroservis” ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub – FOTO

image-728x90px

Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu “Aqroservis” ASC-nin İdarə Heyətinin sədr müavini İlyas Həsənov Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Zaqatala rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən biçin prosesinə hazırlıqla bağlı taxılyığan kombaynlarla təminat, bağçılıqda istifadə edilən kiçik ölçülü texnikaların istifadə imkanları və digər məsələlərlə bağlı olub.

Sədr müavini hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Daha sonra İlyas Həsənov rayonun Muxaq kəndində fermer Abdulla Mahmudovun toxumçuluq təsərrüfatına baş çəkib, mövsümi aqrotexniki qulluq tədbirləri ilə tanış olub. Sədr müavini, həmçinin fermer Vidadi Yusubovun tütün və meyvəqurutma kameralarına baxış keçirib, tütün şitili istixanası və çiyələk təsərrüfatı ilə tanış olub.

Fermerlərlə görüşdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, aqrotexniki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-17117151015065565525_1200x630 image-171171510181852983_1200x630 image-17117151014158433012_1200x630 image-1711715101268242975_1200x630 image-17117151013702514177_1200x630 image-17117151014852417824_1200x630 image-17117151014373648939_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki