image-2000x150px
image-123
image-ads_atlas
image-17086048162985628887_1200x630backend

“Aqroservis” ASC-nin sədri Goranboyda vətəndaşları qəbul edib – FOTO

image-728x90px

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Goranboy rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, “Aqroservis” ASC-nin sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbulda iştirak edən vətəndaşlara “Aqroservis” ASC-nin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, hazırda mövsümə uyğun mineral gübrələrin səyyar satış xidməti həyata keçirilir və bu xidmət mövsümün sonuna kimi davam edəcək. Fermerlər çox asanlıqla mineral gübrələrə olan tələbatını bu xidmət vasitəsilə qarşılaya bilərlər.

Qəbuldan sonra “Aqroservis” ASC-nin sədri bölgədə fəaliyyət göstərən iri nar bağı təsərrüfatına baş çəkib, bağlarda aparılan mövsümi işlərin gedişi ilə maraqlanıb, fermerlərin meyvə bağları üçün lazım olan texnika və mineral gübrələrlə bağlı suallarını cavablandırıb.

DOĞRU.AZ

image-17086048162775310217_1200x630 image-17086048165751464249_1200x630 image-17086048162861035087_1200x630 image-1708604816200665154_1200x630 image-17086048163411347208_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki