Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib ki, Birləşmiş Ştatlar Vladimir Zelenskini aradan qaldırmaq üçün radikal tədbirlər görə bilər.
Doğru.az xəbər verir ki, Azarov bu barədə ABŞ prezidenti Donald Tramp ilə Zelenskinin görüşü barədə yayılan sızmalara istinadla danışıb.
“Əgər bu görüşün necə keçdiyi ilə bağlı sızıntılar təsdiqlənərsə və Trampın əhval-ruhiyyəsi dəyişməzsə, o zaman Zelenskini tamamilə sıradan çıxarmaq üçün radikal tədbirlər görüləcək”, – deyə o, TASS-a açıqlamasında bildirib.
Azarov əlavə edib ki, belə planların mövcudluğu istisna edilmir.
Xatırladaq ki, bundan əvvəl ABŞ ordusunun keçmiş polkovniki Entoni Şeffer amerikalı vəkil Endryu Napolitanoya müsahibəsində Zelenskini “ölü adam” adlandıraraq onun “faydalılığının sona çatdığını” bildirmişdi.
DOĞRU.AZ