image-2000x150px
image-123
image-ads_atlas
image-dsc_0002backend

Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirilir – FOTO

image-728x90px

Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Türk Dünyası II Meteorologiya Forumu keçirilir.

Doğru.az xəbər verir ki, forumda türkdilli ölkələrin ətraf mühit və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəbərləri, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak edirlər.

Forumun keçirilməsində məqsəd iqlim dəyişmələri sahəsində əlaqələndirilmiş fəaliyyətin aparılması, ekstremal hava şəraiti ilə bağlı erkən xəbərdarlıq sisteminin qurulması üzrə təcrübə mübadiləsinin genişləndirilməsidir.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən forum BMT-nin İnkişaf Proqramının dəstəyi ilə baş tutur.

Xatırladaq ki, birinci forum iki il bundan əvvəl Türkiyənin Ankara şəhərində keçirilib.

DOĞRU.AZ

image-dsc_0007 image-dsc_0004 image-dsc_0011 image-dsc_0008 image-dsc_0009 image-dsc_0005

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki