image-n1karobka_ads
image-123
image-6931352c02e8bd29173e782ebackend

Bal adı ilə 22 ton epimedium pastası daşındı – Dağıstan gömrüyü saxladı

image-ad_qayo_720x110px

Dağıstanın gömrük orqanları Gürcüstandan Qazaxıstana tranzitlə gedən yük maşınında bal əvəzinə 22 tondan çox epimedium pastası aşkar ediblər.

Doğru.az xəbər verir ki, Yaraq-Kazmalyar keçid məntəqəsində müfəttişlər fakturaya əsasən “bitki balı” daşıyan yük avtomobilini yoxlamaq üçün saxlayıblar. Səyyar texniki baxış sistemindən istifadə edildikdən sonra təqdim edilən məlumatın saxta olması şübhəsi yaranıb və yükə fiziki baxış keçirilib.

Gömrükçülərin şübhələri təsdiqlənib – karton qutularda şüşə qablar və kağız paketlərdə qablaşdırılmış epimedium pastası aşkarlanıb. Malların saxta sənədlərlə daşındığı və dəyərinin 21 milyon rubldan çox olduğu müəyyən edilib.

Bildirilib ki, mallar müsadirə edilib, daşıyıcı barəsində Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 16.1-ci maddəsinin 3-cü hissəsi ilə (tranzit zamanı yalan məlumatların verilməsi) inzibati iş açılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki