Banqladeş Rusiya Federasiyasında təhsil alan tələbələrinin sayının artırılmasında Rusiyanın köməyinə ümid edir.
Bunu RİA Novosti-yə ölkənin xarici işlər naziri Abdulkalam Abdul Momen deyib.
“Əvvəllər çoxlu tələbə Rusiyaya gedirdi, lakin bu gün onların sayı xeyli azalıb. Düşünürəm ki, Rusiya onların sayını artırmağa kömək edə bilər”.
Nazir həmçinin qeyd edib ki, Dəkkə ilə Moskva arasında əməkdaşlığın əlaqələri genişləndirmək üçün çoxlu imkanları var.
Sentyabrın 22-də Abdulkalam Abdul Momen bəyan edib ki, Banqladeş Rusiyadan gübrə almaqda çətinlikləri aradan qaldırmağa çalışır.
Mənbə: RİA Novosti