image-2000x150px
image-970x50px
image-g5nm7a6jq4m2f0qs0pnqcd8ik2erkxgtpyks9vqtbackend

Baramaçılıqda yem bazasının gücləndirilməsi məqsədilə Bakı-Qazax yolunun kənarlarına 20 min tut tingi əkilib –  FOTOLAR 

image-728x90px

Kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində rayonlarda ardıcılı tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı  üzrə Tədbirlər Planı”nda baramaçılığın yem bazasının genişləndirilməsi məqsədilə yeni çəkil bağlarının salınması nəzərdə tutulur.

Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi  və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkiatçılığı  ilə Bakı-Qazax magistral yolunun Yevlax, Goranboy, Şəmkir və Tovuz rayaonları ərazindən keçən hissəsində yol kənarına 20 min ədəd tut tingi əkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsərrüfatlarında yetişdirilən tut tinglərinin yol kənarında əkilməsi həm ipəkçiliyin yem bazasının möhkəmləndirilməsinə xidmət edəcək, həm də torpaq resurslarından səmərəli istifadəni təmin edərək kümçülərin yemə olan ehtiyaclarının ödənilməsinə töhfə verəcək.

Magistral və kənd arası yolların kənarlarında, yaşıllaşma zolağında əkilmiş tut tingləri baramaçılığın inkişafı ilə bərabər  ekosistemin yaxşılaşdırılmasına  xidmət  göstərir.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki