image-n1karobka_ads
image-123
image-6921d92002e8bd1b903fd92abackend

Belarus qoşqu və yarımqoşquların ölkə daxilində hərəkətinə icazə verdi

image-ad_qayo_720x110px

Belarus hakimiyyəti Litvada qeydiyyatdan keçmiş qoşqu və yarımqoşquların yükdaşıma əməliyyatları üçün respublika daxilində hərəkət etməsinə icazə verib.

Doğru.az xəbər verir ki, bu barədə Belarus Nazirlər Kabinetinin qərarında bildirilib.

Qərarda həmçinin qeyd olunub ki, beynəlxalq yük daşıma qaimələri üzrə Polşa qeydiyyatlı qoşqu və yarımqoşquların Belarus ərazisindən keçməsi qadağan olunur. Bu məhdudiyyətlər gələn il dekabrın 31-dək qüvvədə olacaq.

Belarus Dövlət Gömrük Komitəsinin məlumatına görə, Varşava noyabrın 17-də Minskə iki sərhəd-keçid məntəqəsinin açılması barədə məlumat verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki