Hərbi Dəniz Qüvvələrinə məxsus P-8A Poseidon patrul təyyarəsi hərbi aerodromun uçuş-enmə zolağına enməyə cəhd etdikdən sonra Havay adalarında Kaneohe körfəzinə düşüb.
Bu barədə USNI News məlumat yayıb.
P-8A kəşfiyyat və müşahidə təyyarəsi Oahu adasındakı Kaneohe körfəzindəki Dəniz Piyadaları Hava Stansiyasında uçuş-enmə zolağına enirdi.
Havaydakı Dəniz Piyadaları Bazasının sözçüsü 1-ci leytenant Heyli Harms bildirib ki, “təyyarə yerə enib və uçuş-enmə zolağının üstündən keçib”.
Təyyarə Yerli Havay vaxtı ilə saat 13:59-da yerə enib və dənizdə suya düşüb. Aerodromun əsas uçuş-enmə zolağının şimal-şərqdən cənub-qərbə doğru uzandığı bildirilir.
Həmin vaxt təyyarənin göyərtəsində 9 nəfər olub, onların hamısı ciddi xəsarət almadan sahilə çıxa bilib.
“Onlar hələ də tibbi müayinədən keçirlər”, – Harms aydınlıq gətirib.
Mənbə: A Haber