image-n1karobka_ads
image-123
image-screenshot_20251125_101810_telegrambackend

Braziliyadakı motosiklet şousunda faciə

image-ad_qayo_720x110px

Braziliyada keçirilən motosiklet şousu iştirakçılardan birinin uğursuz kaskadyor hərəkəti nəticəsində faciə ilə yekunlaşıb.

Doğru.az xəbər verir ki, hadisə RT-nin Telegram kanalında yayımlanan görüntülərdə əks olunub.

Kadrlarda motosikletçinin eniş zamanı idarəni itirərək sərt şəkildə yerə çırpıldığı, başı ilə zərbəni aldığı görünür. Hadisə yerinə tibbi yardım çağırılsa da, kaskadyorun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, noyabrın əvvəlində Türkiyənin məşhur aktyoru Engin Çağların da İstanbulda motosiklet qəzasında həlak olması xəbəri yayılmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki