image-n1karobka_ads
image-123
image-692037b6ae5ac978db41f878backend

Britaniya atəşkəsdən sonra Ukraynaya qoşun göndərməyə hazırlaşır

image-ad_qayo_720x110px

Böyük Britaniya hökuməti atəşkəs razılaşması əldə olunduqdan sonra öz qoşunlarını Ukraynaya göndərmək üçün xüsusi plan hazırlayıb.

Doğru.az xəbər verir ki, məlumatı Bloomberg yayıb.

Britaniyanın müdafiə naziri Con Healey bildirib ki, London artıq Ukrayna ərazisində kəşfiyyat aparıb və hansı hərbi bölmələrin prosesə cəlb olunacağını əvvəlcədən müəyyənləşdirib.

“Biz Ukraynada kəşfiyyat apardıq, ona görə də hansı bölmələri yerləşdirəcəyimizi, onları necə yerləşdirəcəyimizi və hansı rolları oynayacaqlarını bilirik”, – deyə nazir qeyd edib.

Məlumata görə, plan həyata keçərsə, Britaniya qoşunlarının cəbhə xəttindən uzaqda yerləşdirilməsi nəzərdə tutulur.

Britaniya Müdafiə Nazirliyi qeyd edib ki, planın icrası üçün 100 milyon funt sterlinqdən artıq vəsait ayrılıb.

“The Guardian” isə daha əvvəl yazmışdı ki, Böyük Britaniya Silahlı Qüvvələri Ukraynadakı münaqişə və ya “istəklilər koalisiyasının” təklif etdiyi sülhməramlı əməliyyatlarda iştirak etməyə hazırdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki