image-n1karobka_ads
image-123
image-ria_8576338-pic_32ratio_900x600-900x600-58610backend

Britaniya Putinin Yaxın Şərqə səfərini şərh edib

Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı mehriban davranıb, rəsmiləri salamlayıb və onların əl-qolunu sıxıb, bir gün əvvəl isə Britaniya səfiri ilə görüşdən imtina edib, bunu sağlamlıq qaydalarına əsas verib.

Bu barədə Daily Mail (DM) qəzeti yazır.

Qeyd olunur ki, Kremldə yeni təyin olunmuş səfirlərə etimadnamələrin rəsmi təqdim edilməsi mərasimindən sonra Putin yüksək səviyyəli avropalı diplomatları “alçaldıb”. Rusiya prezidenti COVID-19-un yayılması təhlükəsini əsas gətirərək onlarla əlaqə saxlamayıb. Amma Yaxın Şərqə səfəri zamanı o, həmkarları ilə hərarətlə əl sıxdı.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirmişdi ki, Putin Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Məhəmməd bin Zayed əl Nəhyana onun portretini hədiyyə edib.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki