Braziliyanın Belem şəhərində keçirilən BMT-nin COP30 iqlim konfransında yanğın baş verib və nəticədə 19 iştirakçı dəm qazından zəhərlənib.
Doğru.az xəbər verir ki, G1 portalının məlumatına görə, yanğın iştirakçı ölkələrdən birinin pavilyonunda meydana gəlib və altı dəqiqə ərzində söndürülüb.
Rəsmi açıqlamada qeyd edilir ki, ümumilikdə 21 nəfər tüstü inhalyasiyası səbəbindən, daha iki nəfər isə panik atak səbəbilə tibbi yardıma müraciət edib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyasının Kursk vilayətində baş verən hadisə nəticəsində dörd nəfərin dəm qazından zəhərlənərək öldüyü bildirilmişdi.
DOĞRU.AZ




























