Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkətinin təşkilatçılığı ilə bu gün Türkiyədən gələn məşhur müğənni Demet Akalın Konqres Mərkəzində keçiriləcək konsert öncəsi media nümayəndələri ilə görüşüb.
Doğru.az xəbər verir ki, müğənni konsertin təşkilatçılığını həyat yoldaşı və praduseri Okan Kurt ilə birlikdə həyata keçirir. O, jurnalistlərə verdiyi müsahibədə tamaşaçılar üçün unutulmaz bir gecə vəd edib.
Konsert yaxın saatlarda baş tutacaq və musiqisevərlər üçün möhtəşəm anlar yaşadılacağı gözlənilir.
Müxbir: Şəhla Qardaşova
FOTO/VİDEO: Toğrul Şahbazov
DOĞRU.AZ





























