Əlcəzairdə baş vermiş avtobus qəzası ağır insan tələfatına səbəb olub.
Doğru.az xəbər verir ki, El Watan nəşrinin məlumatına görə, Beni Abbes və Tinduf şəhərləri arasındakı magistralda hərəkətdə olan avtobusun aşması nəticəsində 14 nəfər həyatını itirib, 34 nəfər isə yaralanıb. Yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Qəzanın səbəbləri hələ açıqlanmayıb. Hadisə yerinə Fövqəladə Xidmət əməkdaşları cəlb olunub.
Qeyd edək ki, bundan əvvəl Çinin Sincan-Uyğur Muxtar Bölgəsində baş verən digər yol qəzasında 9 nəfər ölmüş, 7 nəfər yaralanmışdı.
DOĞRU.AZ




























