Elektron siqaretlərin sağlamlığa təsirləri barədə mütəxəssislər xəbərdarlıq edirlər.
Doğru.az xəbər verir ki, son araşdırmalar göstərir ki, elektron siqaretlər təkcə gənclər arasında deyil, həm də böyüklər arasında nikotin asılılığını artırır və ürək-damar sisteminə mənfi təsir göstərə bilər.
Səhiyyə orqanları istifadəçiləri həddindən artıq istifadədən çəkinməyə və ən əsası, elektron siqaretlərin uşaq və yeniyetmələrin əlinə keçməməsi üçün tədbirlər görməyə çağırır.
Həmçinin, araşdırmalar göstərir ki, bəzi elektron siqaret mayelərində sağlamlığa zərərli kimyəvi maddələr də mövcuddur və onların uzunmüddətli təsirləri hələ də tam öyrənilməyib.
Tunzalə Əzimova
DOĞRU.AZ




























