image-2000x150px
image-123
image-ads_atlas
image-17086964223725648261_1200x630backend

Elm və təhsil naziri Beyləqanda vətəndaşlarla görüşüb – FOTO

image-728x90px

Fevralın 23-də elm və təhsil naziri Emin Əmrullayev Beyləqan rayonunda vətəndaşlarla görüşüb.

Nazirlikdən Doğru.az-a bildirilib ki, görüşdə Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak ediblər.

Görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Vətəndaşlar müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin ümumi təhsilə dair digər məsələlərlə bağlı müraciət ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

DOĞRU.AZ

image-17086964226542432163_1200x630 image-17086964225090162215_1200x630 image-17086964221824620975_1200x630 image-1708696422618885914_1200x630 image-17086964221585529453_1200x630image-17086964225578954312_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki