image-n1karobka_ads
image-123
image-tuvalu-pic_32ratio_900x600-900x600-11245backend

Feleti Teo Tuvalunun yeni baş naziri olub

Feleti Teo Sakit Okean ada dövləti Tuvalunun yeni hökumət başçısı olub.

Bu barədə Yeni Zelandiya radiosu mənbələrə istinadən məlumat yayıb.

Ölkə parlamenti Teonun namizədliyinə tam səs verib.

Feleti Teo əvvəllər Qərbi və Mərkəzi Sakit Okean Balıqçılıq Komissiyasının icraçı direktoru vəzifəsində çalışıb. Yanvarın 26-da keçirilən ümumi seçkilər zamanı o, Tuvalu parlamentinin üzvü olub.

Gözlənilir ki, bu həftənin sonuna qədər Teo və onun formalaşdırdığı kabinet inauqurasiya prosedurundan keçərək işə başlayacaq.

Əvvəllər bildirilmişdi ki, Tuvalunun konstitusiyasında ölkənin sular altında qalacağı halda belə mövcud olacağı qeyd olunub.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki