image-n1karobka_ads
image-123
image-6938add1ae5ac9789663a0aabackend

Finlandiya iqtisadiyyatı xilas etmək üçün Rusiya ilə sərhədini təcili açmağa çağırıb

image-ad_qayo_720x110px

Helsinki Universitetinin professoru Tuomas Malinen sosial mediada yayılan açıqlamasında bildirib ki, Finlandiya hakimiyyəti milli turizm sənayesinin çöküşdən xilas edilməsi üçün Rusiya ilə sərhədi açmalıdır.

Doğru.az xəbər verir ki, professorun fikrincə, rus turistlərin ölkəni tərk etməsi sektora ciddi ziyan vurub.

“Bir dostum Helsinkinin mərkəzindəki böyük otellər şəbəkəsində menecerdir. O, mənə dedi ki, onların qrupu 2025-ci ildə fəlakətli itkilərlə üzləşəcək. Əsas səbəb rus turistlərin yoxa çıxmasıdır”, – Malinen qeyd edib.

Onun sözlərinə görə, rusiyalı turistlərin yoxluğu Finlandiya turizm sənayesinin gələcəkdə tamamilə çökməsinə gətirib çıxara bilər.

Professor əlavə edib: “İqtisadiyyatımız artıq ölüdür. Biz dərhal sərhədi açıb rusların geri qayıtması üçün dua etməliyik… Finlandiya iqtisadiyyatı gəzən bir cəsəddir və çox güman ki, yaxın iki il ərzində finlərin əksəriyyətini basdıracaq”.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyası 2026-cı ildə Aİ-nin Rusiyaya qarşı sanksiyaları və turist axınının azalması səbəbilə iqtisadi zərər çəkən Baltik ölkələrinə maliyyə yardımı göstərəcəyini açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki