Florida ştatında “Beechcraft 55” yüngül mühərrikli təyyarə Interstate 95 magistral yolunda təcili eniş etməyə cəhd edərkən avtomobilə çırpılıb.
Doğru.az xəbər verir ki, Daily Mail-in məlumatına görə, hadisə bazar ertəsi axşam Orlando yaxınlığında baş verib. Pilot qəza öncəsi mühərrikdə nasazlıq olduğunu bildirib.
Nəticədə təyyarə 57 yaşlı qadının idarə etdiyi “Toyota Camry” ilə toqquşub. Qadın yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Nəşr hadisəni “dağıntının miqyasına baxmayaraq, möcüzəvi xilas” kimi qiymətləndirib.
Təyyarədə olan 27 yaşlı pilot və eyni yaşda bir sərnişinin isə xəsarət almadığı, hadisə yerindən özbaşına uzaqlaşdığı bildirilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi təlim uçuşu zamanı Kaliforniyada qəzaya uğramışdı.
DOĞRU.AZ




























